Arxiv
Botanika İnstitutunun elmi əsərlərinin növbəti cildi çapdan çıxıb
31.01.2018

    Ölkədə tarixi keçid dövrləri istisna olmaqla, ənənəvi olaraq 1936-cı ildən nəşr olunmağa başlayan AMEA Botanika İnstitutunun Elmi Əsərlərinin növbəti cildi bu yaxınlarda işıq üzü görüb. Respublikada elmin inkişaf strateqiyasının çağırış və prioritetlərinə uyğun olaraq son illər gənc tədqiqatçılara və ekspertlərə münasibət əsaslı şəkildə dəyişmiş, onların potensialının üzə çıxarılması və inkişafı üçün şərait yaradılmışdır. Bununla əlaqədar olaraq təqdim olunan cildin səhifələri İnstitutun gənc tədqiqatçılarının və doktorantlarının elmi rəhbər və məsləhətçiləri ilə birlikdə yerinə yetirdikləri tədqiqatların elmi nəticələrinə həsr edilib. Geniş auditoriya üçün nəzərdə tutulmuş XXXVII cilddə məqalələr yalnız ingilis dilindədir.

     Təqdim olunan cild elmi əsərlərin baş redaktoru, İnstitutun direktoru, akademik V.M. Əlizadənin ön sözü ilə başlanır və botanikanın müxtəlif sahələrinə, eləcə də mikologiyaya dair 20 məqalə ilə davam etdirilir.