AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu tərəfindən XIII əsrin sonu XIV əsrin əvvəllərində yaşayıb-yaratmış Azərbaycan alimi Məhəmməd ibn Mahmud ibn Hacı Şirvaninin “Ətriyyat bağı” əsəri çap olunub.
Kitabı ərəb dilindən institutun əməkdaşı Müzafəddin Əzizov tərcümə edib. “Ön söz”ün müəllifi filologiya üzrə elmlər doktoru, professor Kamandar Şərifli, elmi redaktoru tarix üzrə elmlər doktoru, professor Fərid Ələkbərlidir.
Vəsaitdə əczaçılıq sənətindən bəhs olunur, mineral, bitki və heyvan mənşəli dərmanların hazırlanması, sınaqdan keçirilməsi, müxtəlif xəstəliklər zamanı içkilərin və qidaların hazırlanma qaydaları, ərəb əlifbasına uyğun sıralanma ilə ədviyyatların geniş şərhi və s. faydalı məlumatlar oxucuya təqdim edilir.
Orta əsrlərdə Azərbaycanda tibb elminin inkişafında xüsusi yer tutmuş irihəcmli “Ətriyyat bağı” əsəri müasir dövrün tibb mütəxəssisləri, eləcə də geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
http://science.gov.az/news/open/10303