Arxiv
Azərbaycan alimi yüksək impakt faktorlu jurnalda xarici həmmüəlliflərlə birgə məqalə dərc edib
22.05.2019

     AMEA Botanika İnstitutunun direktoru, akademik Validə Əlizadənin beynəlxalq əməkdaşlıq çərçivəsində müxtəlif ölkələrin (Çin, ABŞ, Gürcüstan) həmmüəllifləri ilə birgə yüksək impakt faktorlu “Molecules” jurnalında Uzunsov ardıc (Juniperus oblonga) bitkisindən alınmış “Labdane and Abietanediterpenoids from Juniperusoblanga and their cytotoxic activity” adlı məqaləsi dərc olunub. 
    Geniş spektroskopiya üsulu və kimyəvi vasitələrdən istifadə etməklə, əvvəlcədən təsvir edilməmiş diterpenoidin strukturu ayrılmış və müəyyən edilmişdir. Ayrılmış birləşmələr üç insan şiş hüceyrə xəttinə qarşı sitotoksik fəallıq üzrə qiymətləndirilmişdir. Bu məqalə J. oblonga növündən əldə edilən  diterpenoidlər haqqında ilk məlumatdır. Bundan əlavə, ilk dəfə olaraq Juniperus cinsinə aid daha 5 birləşmə müəyyən edilmişdir.