Arxiv
AMEA-nın Ümumi yığıncağı keçirilib
24.10.2019

Oktyabrın 23-də Azərbaycan Milli Elmlər Akademiyasının Ümumi yığıncağı keçirilib.

Tədbirdə akademik Akif Əlizadə Ümumi yığıncağın gündəliyində AMEA-nın prezidenti vəzifəsinə seçkinin keçirilməsi olduğunu bildirib. O, bu vəzifəyə akademik Ramiz Mehdiyevin namizədliyini təklif edib.

Daha sonra AMEA-nın prezidenti vəzifəsinə gizli səsvermə yolu ilə seçki keçirilib. Səsvermənin keçirilməsi üçün akademik Urxan Ələkbərovun sədrliyi, akademiklər - Vaqif Fərzəliyev, Möhsün Nağısoylu, Nailə Vəlixanlı və Əkpər Feyzullayevin üzvlüyündən ibarət Hesablayıcı Komissiya yaradılıb.

Səsvermənin nəticəsinə əsasən, akademik Ramiz Mehdiyev AMEA-nın yeni prezidenti seçilib.

http://science.az/news/open/11364