Arxiv
Akademik İradə Hüseynovanın məqaləsi “İki sahil” qəzetində nəşr olunub
01.06.2020

AMEA-nın vitse-prezidenti, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru, akademik İradə Hüseynovanın “Narkomaniya bütün pandemiyalardan daha təhlükəlidir” adlı məqaləsi “İki sahil” qəzetində nəşr olunub.

Məqalədə qeyd olunub ki, narkomaniya və narkotik maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə dövlətimiz qarşısında duran ən vacib məsələlərdən biridir. Həmçinin bəzi narkotik bitkilər, onların müxtəlifliyi, insan orqanizminə təsiri, törətdiyi fəsadlar haqqında ətraflı məlumat verilib.

Akademik bildirib ki, AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin institutlarında narkotik tərkibli bitkilər və onlardan istifadə barədə zəruri metodiki-tədris vasitələrinin hazırlanması və internet resurslarında yerləşdirilməsi üzərində iş aparılır.

Narkotik asılılığın öyrənilməsinin akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun mövzu planlarında və layihələrində yer aldığını söyləyən İ.Hüseynova bu sahədə aparılan işləri ətraflı şərh edib. Alim üzərində tədqiqatlar aparılan preparatların narkotik asılılığın aradan qaldırılmasına kömək edəcəyinə əminliyini ifadə edib.

Məqalə ilə bu link vasitəsilə tanış olmaq mümkündür.