Aztibb.az xəbər verir ki, bu sözləri AMEA-nın rəsmi portalına müsahibəsində Botanika İnstitutunun baş direktoru, biologiya elmləri doktoru, professor Səyyarə İbadullayeva bildirib.
"Bu zaman bəzi bitkilərin azalma təhlükəsinə və toplanılarkən müəyyən hədlərin gözlənilməsinə ciddi nəzarət edilmir. Ayrı-ayrı iş adamları tərəfindən müəyyən yollarla bitkilər toplanılır, ölkədən çıxarılır, sex və ya zavodlarda qida əlavəsi və ya bioloji əlavə kimi istehsal edilərək satılır. Bu, bir tərəfdən insanların maddi rifahına yüksək təsir göstərsə də, digər tərəfdən floraya ciddi zərbə vurur", - deyə S.İbadullayeva vurğulayıb.
O, qeyd edib ki, bu addım, həmçinin bitkilərin təbii areallarında məhv olmaqla sıradan çıxmasının qarşısının alınmasına şərait yarada bilər. Ona görə də toplanılan dərman bitkilərinin sistemli şəkildə həyata keçirilməsi vacib məsələlərdəndir:
"Hesab edirik ki, AMEA bu işlərə lisеnziyа verən qurum olmalı və qeyd olunan istiqamətdə əməkdаşlıq əlaqələrini genişləndirməlidir. Sözsüz ki, bu işdə ATU-nun əlaqədar kafedraları da kənarda qalmamalıdır. Çünki əks təqdirdə tədarükçülər lisenziyanı süni yollarla və ya başqa ölkələrdən əldə edirlər. Bu işləri görməyə maraq göstərməkdə əsas məqsədimiz AMEA-nın maddi-texniki bazasının möhkəmləndirilməsidir".
Aztibb.az