AMEA-nın Botanika İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.
Tədbirdə institutun fəaliyyətinə dair bir sıra məsələlər müzakirə olunub.
İclası müəssisənin baş direktoru, biologiya elmləri doktoru, professor Səyyarə İbadullayeva açaraq şura üzvlərini gündəlikdəki məsələlərlə tanış edib. S.İbadullayeva Bitki ehtiyatları şöbəsinin müdiri, b.e.d., professor Eldar Novruzovu 80 illik, Eksperimental botanika şöbəsinin müdiri, b.ü.f.d., dosent Ələddin Qədimovu isə 60 illik yubileyi münasibətilə təbrik edib, onlara uzun ömür, cansağlığı arzulayıb.
İnstitutun icraçı direktoru, b.e.d. Şakir Qasımov isə institutda çalışan işçilərin peşəkarlıq səviyyələrinin və tutduqları vəzifəyə uyğunluqlarının müəyyənləşdirilməsi üçün cari ildə keçirilmiş attestasiyanın nəticələri barədə ətraflı məlumat verib.
Sonda gündəlikdə olan digər məsələlər şura üzvləri ilə müzakirə edilib, yekdil qərarlar qəbul olunub.
S.İbadullayeva bütün məsələlərlə bağlı irad və təkliflərini bildirib, görüləcək işlərə dair tapşırıqlar verib.