Botanika İnstitutunun Herbari şöbəsinin elmi işçisi Şəhla Mirzəyeva və M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin Biologiya fakültəsinin ali bitkilər kafedrasının professoru, biologiya elmləri doktoru Aleksandr Sergeyeviç Zernovun həmmüəllifi olduğu “Allium neapolitanum Cirillo. (Amaryllidaceae) – новый чужеродный вид для флоры Кавказа” adlı məqalə Russiya Elmlər Akademiyası “Ботанический журнал”da (Scopus) nəşr olunub. Məqalə “Ботанический журнал”ın təqdim etdiyi “Ali bitkilərin struktur və xoroloji müxtəlifliyinin filogenez və taksonomiya problemləri ilə əlaqəli təhlili, şəhər ekologiyası və davamlı inkişaf problemləri “ mövzusu üzrə aparılan elmi
tədqiqat işinin nəticələrinə həsr olunub. Məqalədə Qafqaz (Azərbaycan, Abşeron) florası üçün yeni yad növün- Allium neapolitanum Cirillo. (Neapolitan soğanı) aşkarlanması, növün morfoloji təsviri, populyasiyası və fitosenoloji xüsusiyyətləri haqqında məlumat verilib.