Arxiv
“Azərbaycan Botanika Jurnalı” Ali Attestasiya Komissiyasının tövsiyə etdiyi elmi nəşrlər siyahısına daxil edilib
26.10.2023

Azərbaycan Botaniklər Cəmiyyəti İctimai Birliyi (ABCİB) tərəfindən nəşr olunan “Azərbaycan Botanika Jurnalı” Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası (AAK) tərəfindən tövsiyə edilən dövri elmi nəşrlərin siyahısına salınıb. Jurnalın baş redaktoru Botanika İnstitutunun baş direktoru, b.e.d., professor Səyyarə İbadullayevadır.

Biologiyanın botanika, geobotanika, floristika, sistematika, taksonomiya, alqologiya, lixenobriologiya, mikologiya, fitosenologiya, etnobotanika, introduksiya, bitki fiziologiyası, bioloji ehtiyatlar, dərman və aromatik bitkilər, fitoterapiya, farmakoqnoziya, bioloji fəal maddələrin alınması və genetika da daxil olmaqla bütün sahələrində aparılan tədqiqatları əhatə edən jurnal ildə iki dəfə nəşr olunur və məqalələr üç dildə dərc edilir.