14 mart 2024-cü il tarixində AR ETN Botanika İnstitutu Elmi təşkilatların birləşmiş Həmkarlar İttifaqı komitəsinin hesabat-seçki iclası keçirilib.
Tədbiri giriş sözü ilə açan institutun icraçı direktoru, professor Şakir Qasımov gündəlikdə duran məsələlər haqqında məlumat verib.
Sonra İnstitutun Həmkarlar Komitəsinin sədri biologiya üzrə fəlsəfə doktoru, dosent Şəkər Muxtarovanın 2017-2023–cü illər ərzində fəaliyyəti haqqında hesabat məruzəsi dinlənilib.
Hesabat dövrü ərzində institut əməkdaşlarının əmək haqlarından toplanan məbləğin xərclənməsi haqqında, əməkdaşlar tərəfindən istifadə olunan göndərişlər, müalicə məqsədilə müraciət edən əməkdaşlar və onlara göstərilən maddi yardımın məbləği, hər il əməkdaşlara verilən “Novruz bayramı” və “Yeni il” şənliklərinə, eləcə də teatrlara verilən biletlər, bayramlarla əlaqədar əməkdaşlara ayrılan ərzaq yardımları, eyni zamanda II Qarabağ müharibəsinə dəstək proqramı çərçivəsində “YAŞAT” fonduna köçürülən vəsait, 2023-cü ildə Türkiyədə baş verən zəlzələdən zərərçəkmiş insanlara edilən yardım haqqında geniş məlumat verib.
Tədbirdə çıxış edən AR Elm və Təhsil Nazirliyinin Elmi təşkilatların birləşmiş Həmkarlar İttifaqının Rəyasət Heyətinin üzvü Məmmədov Məmməd İsa oğlu, İnstitutun şöbə müdirləri biologiya elmləri doktorları Dilzarə Ağayeva və Naibə Mehdiyeva, biologiya elmləri üzrə fəlsəfə doktoru, dosent Ələddin Qədimov və elmi katib biologiya üzrə fəlsəfə doktoru Nigar Mürsəl qızı öz fikirlərini bölüşüb, təkliflərini bildiriblər.
Sonra çıxış edən institutun baş direktoru, professor Səyyarə İbadullayeva Həmkarlar Komitəsinin sədri Şəkər Muxtarovanın hesabatının qənaətbəxş olduğunu və kollektivin onun fəaliyyətini müsbət qiymətləndirdiyini bildirib.
Sonda səsvermə yolu ilə b.ü.f.d., dosent Şəkər Muxtarorva Botanika İnstitutunun Həmkarlar Komitəsinə yenidən sədr seçilib.
İclasda Botanika İnstitutunun Həmkarlar İttifaqı Komitəsinin və Təftiş komissiyasının yeni tərkibi formalaşdırılıb, nümayəndələr seçilib.