3-5 iyun 2024-cü il tarixlərində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Naxçıvan Dövlət Universiteti, Elm və Təhsil Nazirliyinin Botanika İnstitutu və Azərbaycan Botaniklər Cəmiyyəti İctimai Birliyinin təşkilatçılığı ilə “Biomüxtəlifliyin dayanıqlığının təmin edilməsində yeni çağırışlar (COP29) yaşıl dünya və insan sağlamlığı” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçiriləcək.
Konfransın istiqamətləri:
- Naxçıvan MR-in bioloji müxtəlifliyinin müasir vəziyyəti və istifadə imkanları;
- Quraq ərazilərdə biomüxtəlifliyin qorunması və davamlı istifadəsi;
- Otlaq və biçənəklərin bərpasında mövcud yanaşmalar, sistemli otarılma və bəslənmə;
- Flora və faunanın şəhərlərə qaytarılması və onların qeyri-rəsmi öyrənmə imkanlarının genişləndirilməsi;
- Yaşıl yaşayış üçün arid torpaqların biomüxtəlifliyinin qorunması və istifadəsi;
- Faydalı bitkilərin öyrənilməsi, xalq təbabəti və etnobotanikanın səmərəli istifadəsi;
- Dərman, aromatik və qida bitkilərinin biokimyası, biotexnologiyası və bioloji fəal maddələr;
- Soyuq qış yarımsəhralarında biomüxtəliflik və ekosistem xidmətləri;
- İntroduksiya və faydalı bitkilərin becərilməsinin sənaye əhəmiyyəti;
- Quraq torpaqlarda biomüxtəlifliyin qorunması ilə bağlı problemlər və həllər;
- Vətəndaş elmi vasitəsilə əkin sahələrinin biomüxtəlifliyinin monitorinqi.
Konfransa materiallar Azərbaycan, rus və ingilis dilində təqdim oluna bilər.
Tezislərin tərtibat qaydaları və tələblər:
Mətn A4 formatında (210x297 mm), MS Word proqramında, Times New Roman şrifti ilə yığılır (hərflərin ölçüsü -12; sətirlərarası interval – 1; kənardan məsafələr: hər tərəfdən – 2 sm); Mətnin ümumi həcmi 1 səhifəni keçməməlidir; Abzaslar arasında məsafə qoyulmur, mətn hər iki tərəfdən düzləndirilir; Tezisin adı ortadan böyük hərflərlə qalın şriftlə (Bold), hər növbəti sətirdən: müəllif(lər)in adı, atasının adı, soyadı (tam açıq şəkildə); elmi dərəcəsi, elmi adı, işlədiyi və təhsil aldığı müəssisənin (doktorant və dissertantlar üçün) adı və ünvanı, ölkənin adı; korrespondent müəllifin e-ünvanı; mobil əlaqə nömrəsi qeyd olunmalıdır; Əsas mətn yeni abzasdan (abzas-1 sm) adi şriftlə başlanır. Tezislər elektron və çap formatlarında toplu şəkildə nəşr olunacaq.
Redaksiya heyəti tərəfindən seçilmiş tezislərin məqalələri Azərbaycan Botaniklər Cəmiyyəti İctimai Birliyi tərəfindən nəşr olunan "Azerbaijan Journal of Botany" jurnalında (jurnal Ali Attestasiya Komissiyasının “Azərbaycan Respublikasında məqalələrin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlər siyahısı”na daxil edilmişdir və məqalələr DOI ilə təmin olunur) dərc ediləcəkdir. Qaydalarla Azərbaycan Botaniklər Cəmiyyəti İctimai Birliyinin internet saytından https://www.botanysociety.com.az tanış ola bilərsiniz.
Konfransda iştirak etmək üçün qeydiyyat vərəqi 15 may 2024-cü il tarixinə, konfrans materialları 1 iyun 2024-cü il tarixinə qədər təşkilat komitəsinin elektron poçtuna ([email protected]) əlavə qoşma faylla göndərilməlidir:
Əlaqə məlumatları: Nigar Mürsəl qızı - Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Botanika İnstitutunun elmi katibi b.ü.f.d. E-mail: nigar_mursal@yahoo.com
Tel.: (+994 12) 502 44 80
Təşkilat komitəsinin ünvanı: Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Botanika İnstitutu, Badamdar şossesi 40, Bakı, Azərbaycan, AZ 1004 və Naxçıvan Dövlət Universiteti, Universitet şəhərciyi, Naxçıvan Azərbaycan, AZ7012