Arxiv
Botanika İnstitutunun əməkdaşlarının məqaləsi beynəlxalq nüfuzlu jurnalda dərc olunub
08.10.2024

Botanika İnstitutunun alimlərinin “Stabilization of disturbances in membrane photochemical reactions in wheat seedlings under cold stress by natural exogenous saponins” (Soyuq stresin buğda cücərti membranında baş verən fotokimyəvi reaksiyalarındakı dəyişkənliklərin təbii ekzogen saponinlər ilə stabilləşdirilməsi) adlı məqaləsi “Pakistan journal of botany” jurnalında (WOS, Scopus) çap olunub.

Məqalənin müəllifləri AR ETN Botanika İnstitutunun Eksperimental botanika şöbəsinin aparıcı elmi işçiləri, biologiya üzrə fəlsəfə doktorları Rəna Qəniyeva və Sevil Dadaşova, ATU-nun farmakologiya fakültəsinin dosenti Dolores Həsənova, Suxumi Dövlət Universitetinin Təbiət Elmləri, Riyaziyyat, Texnologiya və Əczaçılıq fakültəsinin dosenti Marina Zarkua, AR ETN BDU-nun Biofizika və biokimya kafedrasının dosenti Samirə Çıraqova və AR ETN BDU-nun Biofizika və biokimya kafedrasının professoru, Biomühəndislik laboratoriyasının müdiri Ralfrid Həsənovdur.

Məqalədə qeyd olunur ki, müxtəlif streslər kimi aşağı temperatur tilakoid membrana təsir edərək onun lipid fazasından ionların keçiriciliyinə mane olur. Aparılan tədqiqatlarımızı modifikasiya edərək in vivo buğda cücərtiləri müxtəlif zaman müddətində aşağı temperaturda (4°С) inkubasiya olunub. Qidalandırıcı məhlula Glycyrrhiza glabra bitkisindən alınmış triterpen saponin fraksiyasının təsiri tilakoid membranın vəziyyətinin dəyişkənliyinə səbəb olur. Tədqiqatlarımızda xlorofil a ləngidilmiş flüoressensiyanın xarakteristik dəyişkənliyi və işıqtoplayan antennalarda piqmentlərin vəziyyəti tədqiq olunmuşdur. Göstərilmişdir ki, saponinlərin qidalandırıcı məhlula əlavə olunması FS II-nin ENZ-də oksidləşmə-reduksiya reaksiyasının dəyişkənliyindəki maneəni korriqə edərək, işıqtoplayan antenlərin piqment fondunu bərpa edir. Saponin fraksiyalarının korriqə effekti tilakoid membranının lipid komponentinin normal-kristal-mozaik vəziyyətini təmin edir. Membran axıcılığının bərpası FS II-nin zəncirində elektronun daşınmasında zülalların işini fəallaşdırır və işıqtoplayan piqment kompleksini stabilləşdirir.