Şöbə müdiri: | Biologiya zrə fəlsəfə doktoru, dosent Qədimov Ələddin Həsən oğlu |
Əsas fəaliyyət istiqamətləri | Fotosintez. Fotosistemlərin zədələnmə və adaptasiya mexanizmləri. |
Əsas elmi nəticələri | Xloroplastlarda piqment fondunun vəziyyətinə Cu2+ ionunun təsiri 24, 48 və 72 saat ekspozisiyalarının bütün pH mühitlərində tədqiq edilmişdir. Protektor kimi adaçayı yarpaqları (Folia Salvia officinalis), şirin biyan kökü (Radix glycyrrhizae) və relikt bitki olan Danae racemosa yarpaqlarının istifadəsi müxtəlif ekspozisiyalarda daha yaxşı aktivliyə malik olmuşdur. Tədqiq olunan infroqırmızı spektrlərin nəticələri göstərdi ki, istifadə edilən ekstraktların tərkibinə daxil olan fenol birləşmələrdə məhz OH-qrupu ilə assosiasiya olunmuş aromatik (C-C) rabitələrin valent rəqsləri piqmentləri oksidləşdirici stresdən müdafiə edir. Tərkibində flavonoid olan adaçayı və şirin biyan kökü ekstraktları ilə müqayisədə əsası plümbagin olan bioloji aktiv kompozisiyalar (BAK), daha çox Na-askorbat oksigenin reaktiv formalarını neytrallaşdırır, fotosistem 2-nin elektron nəqliyyat zəncirində oksidləşmə-reduksiya reaksiyaları arasında tarazlığın saxlanmasında mühüm rol oynayır. Xl a-nın msan GF-nın flüoressent xüsusiyyətləri göstərmişdir ki, FS II-nin MV ilə zədələnməsi Na-askorbat ilə bərpa olunur. ENZ-nin donor tərəfində elektronların əsas xinon akseptor QA ötürülməsi zamanı əsas yük ayrılması reaksiyası bərpa olunur. Göstərilmişdir ki, de novo D1 zülalının sintezinin pozulması FS 2-nin reaksiya mərkəzini inaktivasiya edir və yeni mərkəzlərin sintezini zədələyir. Bu da flüoressent xassələrin dəyişkənliyinə gətirib çıxarır. PAAQ elektroforez metodu ilə müəyyən edilmişdir ki, metilviologenin və xloramfenikolun təsirindən asılı olaraq, zülal spektlərinin dəyişkənliyinə gətirib çıxarır. Göstərilmişdir ki, zülal zonaları arasında korelyasyon dəyişikliklər və elekton nəqliyyat zəncirinin vəziyyəti Xl a-nın msan gecikmiş flüoressensiyasının stasionar fazasının artımı ilə baş verir. |
İşçilərin ümumi sayı | 9 |
Tel. | (+99412) 538 15 70 |
Elektron poçtu | inna.kurbanova@yahoo.com |