| Fəaliyyət istiqamətləri | - Laboratoriyanın elmi istiqaməti Azərbaycan Respublikasının da qoşulduğu BMT-nın bitkilərin qorunması üzrə proqramının qlobal strategiyasına əsaslanır. Bu proqram biomüxtəlifliyin və bitkilərin qorunmasının qlobal strategiyası əsasında işlənmiş və davamlı inkişaf üzrə Ümumdünya sammitində qəbul edilərək elan edilmişdir (World Sammit on Sustainable Development, Johannesburg, 2002).
- Laboratoriyasının ümumi elmi tədqiqat istiqaməti təbii floranın qiymətli sənaye əhəmiyyətli endemik, relikt və məhv olmaq təhlükəsi altında olan bitkilərinin biomorfoloji, bioekoloji tədqiqi, mühafizəsi, bərpası, introduksiyası və reintroduksiyası, kolleksiyasının yaradılması istiqamətində elmi tədqiqatlar aparacaqdır. Laboratoriyada əsasən 2 elmi istiqamət üzrə tədqiqatlar yerinə yetiriləcəkdir: 1-ci istiqamət - biomorfologiya, 2-ci istiqamət - introduksiya.
- Laboratoriya yerli yabanı və xarici ölkələrin endemik, relikt və nadir növlərinin tarixi inkişafının təkamül yolları, biomorfoloji, bioekoloji tədqiqi, mühafizəsi üzərində işləyəcəkdir. Belə ki, nadir və endemik növlərin öyrənilməsi bioloji müxtəlifliyin müəyyən edilməsi və qorunmasında ümumi tendensiya ilə əlaqədar olan prioritet vəzifələrdən biridir. Bu baxımdan nadir və endem bitkilərin öyrənilməsi və qorunması dövrümüzün çox vacib problemlərindəndir.
- Bitkilərin introduksiyasının ekoloji əsaslarının hazırlanması; bitki genofondunun qorunması; in-situ və ex-situ şəraitində nadir və endem bitki növlərinin genofondunun yaradılması, qorunması və davamlı şəkilldə səmərəli istifadəsinin təmin edilməsi; yerli yabanı və xaricdən gətirilmiş sənaye əhəmiyyətli (dərman, qida, texniki, yem, ətirli, dekorativ və s.) bitkilərin kulturaya introduksiyası, təbii areallarına reintroduksiyası və naturalizasiyası, yerli yabanı bitkilərin genofondu haqqında yeni elmi biliklərin əldə edilməsi istiqamətdə elmi tədqiqat işlərinin aparılması.
|
| Elmi nəticələri | Şöbənin məqsədi Azərbaycanda yerli floranın qiymətli sənaye əhəmiyyətli, endemik, relikt və məhv olmaq təhlükəsi altında olan bitkilərinin biomorfoloji, bioekoloji tədqiqi, mühafizəsi, bərpası, introduksiyası və reintroduksiyası istiqamətində elmi-tədqiqat işlərinin aparılmasıdır. Şöbənin tematik vəzifələri sırasına qiymətli sənaye əhəmiyyətli, endemik, relikt və məhv olmaq təhlükəsi altında olan bitkilərin biomorfoloji, bioekoloji tədqiqi, mühafizəsi, bitkilərin introduksiyasının ekoloji əsaslarının hazırlanması, bitki genofondunun qorunması, in-situ və ex-situ şəraitində nadir və endem bitki növlərinin genofondunun yaradılması, qorunması və davamlı şəkildə səmərəli istifadəsinin təmin edilməsi, Botanika İnstitutunun Kürdəmir və Zaqatala rayonlarında yerləşən təcrübə dayaq məntəqələrində təsərrüfat baxımından qiymətli sənaye əhəmiyyətli yerli yabanı nadir və endem növlərin genofond kolleksiyasının yaradılması, sənaye əhəmiyyətli (dərman, qida, texniki, yem, ətirli, dekorativ və s.) bitkilərin kulturaya introduksiyası, təbii areallarına reintroduksiyası və naturalizasiyası istiqamətdə elmi tədqiqat işlərinin aparılması aiddir. Şöbə müasir dövrün tələblərinə uyğun səviyyədə bitkilərin həyati formaları (biomorf, ekobiomorf), onların əmələ gəlməsi və şəkilinin dəyişməsinin təkamül yollarını, bitki orqanizmlərinin müxtəlif inkişaf səviyyəsində ontogenezinin və morfogenezinin qanunauyğunluqlarını, yerli yabanı və xarici ölkələrin endemik, relikt və nadir növlərinin tarixi inkişafının təkamül yollarını tədqiq edir. |