Laboratoriya müdiri

Biologiya üzrə fəlsəfə doktoru İmanlı Hilal Ərşad oğlu

Fəaliyyət istiqamətləri
  • Faydalı bitki qruplarının taksonomik tərkibini, yayılması və istifadə sahələrinin dəqiqləşdirilməsi;

  • Bioekoloji xüsusiyyətlərinin, ehtiyatının, məhsuldarlığının qiymətləndirilməsi, kimyəvi, biokimyəvi metodlarla faydalılığı məlum olan və öyrənilməmiş növlərin yeni faydalı xüsusiyyətlərinin aşkar edilməsi;

  • Bitki ehtiyatlarının qorunub saxlanması, onlardan müxtəlif tibbi vəsaitlər, qida əlavələri alınmasının yeni, səmərəli texnologiyalarını yaratmaq;

  • Bitki ehtiyatlarından səmərəli istifadə etmək üçün kimyəvi metodlarla onların hansı orqanından, hansı inkişaf fazasında bioloji fəal və qida maddələrinin yüksək toplanması vaxtını və yerinin müəyyən edilməsi;

  • Müxtəlif qrup faydalı bitkilərin (dərman, qida və s.) müasir vəziyyətinin qiymətləndirilməsi və müəyyən ərazinin bitki ehtiyatları haqqında məlumat bazasının hazırlanması;

  • Faydalı bitkilərin kimyəvi tərkiblərinin və biokimyəvi xüsusiyyətlərinin tədqiqi; faydalı bitkilərdən səmərəli istifadə texnologiyalarının hazırlanması;

  • Müxtəlif növ bitkilərdən bioloji fəal (fərdi) maddələrin alınması və identifikasiyası;

  • Faydalı (dərman, efir yağı, alkaloid, flavonoid, karotinoid, kumarin və s.) bitkilərin resurs potensialının qiymətləndirilməsi, monitorinqi və təhlili;
Elmi nəticələri

Aparılmış tədqiqatlar nəticəsində Azərbaycan florasında 1600 növ dərman bitkisi (onlardan 180 növü rəsmi dərman bitkisi) 870 efir yağlı, 605 alkoloidli (onlardan 177 növ ilk dəfə), 408 antosian, 587 flavanoid, 307 karotinoid, 250 növ kumarin, 8 qlikoalkoloid, 18 betasian saxlayan, 400 vitaminli, 200 tanninli, 600 balverən, 180 piy-yağlı, 1500 texniki boyaq bitkisi, 30 təbii yeyinti rəngi verən bitki aşkar edilmişdir.
Bu bitkilərdən antosian, flavonoid, karotinoid, kumarin, seskviterpen laktonlarına aid 100-ə yaxın yeni birləşmə alınmış və onların quruluşu müəyyən edilmişdir.
200 növdən çox meyvə, giləmeyvə bitkilərinin arealı, kimyəvi tərkibi tədqiq edilmiş və perspektivliyi göstərilmişdir.
100 növdən çox efir yağlı bitkinin efir yağlılığı, efir yağının komponent tərkibi müəyyən edilmişdir.
Biokimyəvi tədqiqatlarla bu maddələrin bitkidə əmələ gəlməsi, sintezi, onlara təsir edən biotik və abiotik amillər, toplanma qanunauyğunluqları, bitkilərin kimyəvi tərkibi ilə ekoloji qrupları, həyatı formaları, coğrafi mənşəyi və təkamülü arasında qanunauyğunluqlar aşkar edilmişdir.
Tədqiq edilən bitkilərdən interferon aktivliyinə malik antosian, xərçəng xəstəliyi əleyhinə, ağciyər və yuxarı tənəffüs yollarının iltihabını müalicə edən tibbi vasitələr və digər bioloji fəal maddələrin alınma texnologiyaları hazırlanmış, bunlara 40-dan çox müəlliflik şəhadətnaməsi, 10-dan çox respublika və avroasiya miqyaslı patentlər alınmışdır.
Bioloji fəal ekstraktların və  efir yağlarının, antimutagen, sitogenetik, antibakterial, antimikrob, antioksidant xüsusiyyətləri müəyyən edilmişdir.
Təbii yeyinti rəngləri, efir yağları yeyinti sənayesinin müxtəlif sahələrində xüsusilə qənnadı, ət məhsulları, konservlər, spirtsiz içkilər və s. istehsalında sınaqdan keçirilmiş və tətbiq edilmişdir.
40 növdən çox sənaye əhəmiyyətli, dərman, efir yağlı, yeyinti rəngi saxlayan bitkilərin bioekoloji, biokimyəvi xüsusiyyətləri və aqrotexniki xüsusiyyətləti öyrənilmişdir.
100 növdən çox dərman, efir yağlı, rəngverən bitkilərin ehtiyatı öyrənilmişdir.

Tel. (+994 12) 502 43 30
Elektron poçtu imanli.hilal@gmail.com