| Qəbul imtahanının ikinci mərhələsinin nəticəsi elan olunduqdan sonra bakalavrlar AMEA-nın magistraturalarına qəbul aparılan ixtisaslaşmaların müsabiqəsində iştirak etmək üçün internet vasitəsilə ixtisaslaşma seçimini aparırlar.İxtisaslaşma seçimində imtahanının ikinci mərhələsindəki nəticələri və ümumi balı DİM tərəfindən müəyyən edilmiş minimal tələbləri ödəyən bakalavrlar iştirak edirlər. AMEA-nın magistraturasına qəbul yalnız dövlət sifarişi əsasında aparılır. Müsabiqə şərtini ödəyən və AMEA-nın nagistratura ixtisaslaşmalarına qəbul olmaq istəyən bakalavrlar DİM tərəfindən elan edilən müddətdə və qaydalara əsasən əvvəl elektron qeydiyyatdan, sonra AMEA-da müsahibədən keçməlidirlər. Yalnız müsahibədən “məqbul” qiymət alan bakalavrlar ixtisaslaşma seçimi zamanı AMEA-nın magistratura ixtisaslaşmalarını seçə bilərlər. İxtisasın şifri | İxtisasın adı | Plan yerləri | Proqram №-si | Dövlət sifarişi üzrə ixtisaslaşma seçiminə buraxılmaq üçün minimal tələblər | Müsahibənin keçiriləcəyi ünvan və əlaqə telefonu | Əyani | II mərhələ üzrə bala minimal tələb | Iki mərhələ üzrə bala minimal tələb | 060505 | Botanika | 5 | 33 | 25 | 70 | AMEA Botanika İnstitutu Badamdar şosesi 40, Tel.: (012)502-40-53, (012) 502-43-30, (012) 539-20-35 | DİM tərəfindən elan edilən müddətdə bakalavr seçdiyi ixtisaslaşmaları istədiyi ardıcıllıqla DİM-in internet saytında öz elektron ərizə formasına daxil edir, hər bir ixtisaslaşma üzrə dövlət sifarişi əsasında və ya ödənişli əsaslarla təhsil almaq istədiyini qeyd edir və öz ixtisaslaşma seçimini təsdiqləyir. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, qüvvədə olan qanunvericilikdə və dövlətlərarası razılaşmalarda digər hallar nəzərdə tutmayıbsa, yalnız ixtisaslaşmaların təhsili ödənişli əsaslarla olan yerlərinin kodlarını seçə bilərlər. Bakalavrların ixtisaslaşmalara yerləşdirilməsi onların öz ərizələrində qeyd etdikləri ixtisaslaşmaların ardıcıllığı, dövlət sifarişi ilə qəbulun proqnozu nəzərə alınmaqla ixtisaslaşmalar üzrə vakant yerlərin sayı çərçivəsində həyata keçirilir. Seçilmiş ixtisaslaşmaların ərizə formasında göstərilən ardıcıllığı müsabiqə zamanı hüquqi əsas kimi qəbul olunur və bakalavr topladığı bala əsasən müsabiqədən keçdiyi ixtisaslaşmaların birincisinə yerləşdirilir. |