Arxiv
Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə növbəti elmi seminar keçirilib
05.11.2018

     AMEA Botanika İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə İnstitutun doktorantı Aydan Zeynalovanın təqdimatında “Состав и содержание фенольных кислот в соке плодов и цветках Punica granatum L.” adlı mövzu üzrə elmi seminar keçirildi. A.Zeynalova Azərbaycan Respublikasının ərazisində yayılan Punica granatum L. növünün müxtəlif hissələrində fenol turşularının keyfiyyət və kəmiyyət tərkibinin müəyyənləşdirilməsi məqsədilə aparılan elmi-tədqiqat işlərinin nəticələri haqqında geniş məlumat verib.

     A.Zeynalova qeyd etmişdir ki, fenol turşularının təyini yüksək effektli maye xromatoqrafiya üsulu (HPLC) ilə aparılmışdır. Nar şirəsi və ləçəyinin tərkibində təyin edilən bütün fenol turşuları müəyyən farmokoloji xüsusiyyətlərə malikdirlər. Fenol turşularının keyfiyyət və kəmiyyət tərkibinin müəyyənləşdirilməsin dair aparılmış  tədqiqatların nəticələri adi nar bitkisinin  həm bioloji fəal qida əlavəsi, həm də dərman preparatlarının hazırlanmasında perspektivli bitki olmasını sübut edir.

     Sonda məruzəçi verilən sualları ətraflı cavablandırmışdır.