Arxiv
Botanik alimin məqaləsi “Springer” nəşriyyatının jurnalında dərc olunub
04.04.2022

AMEA Botanika İnstitutunun Eksperimental botanika şöbəsinin böyük elmi işçisi, b.ü.f.d. Gülnar Sultanovanın “Physical and Chemical Properties of Erythrocyte Membranes in Interaction with Polyene Antibiotics in the Field of Ultrasonic Waves” adlı məqaləsi “Springer” nəşriyyatının Biophysics jurnalında dərc olunub.

Məqalədə ultrasəs dalğaların və makrolakton birləşmələrin birgə təsiri altında eritrositlərin fiziki-kimyəvi xassələrinin dəyişilməsi öyrənilmişdir. Məqalədə göstərilir ki, ultrasəs dalğaların fizioterapevtik rejimdə qan hüceyrələrinin fiziki-kimyəvi xüsusiyyətlərinin öyrənilməsi üçün kinetik bir metod hazırlanmışdır. Bu metodla təsdiq olunub ki, ultrasəsin bioloji sistemlərlə qarşılıqlı təsiri zamanı kavitasiya prossesi baş verir. Bu prosses zamanı Amfoterisin B və levorin törəmələrinin eritrositlərin fiziki-kimyəvi xüsusiyyətlərinə təsiri göstərilib. Poliyenlərin eritrositlərə təsiri ilə mexaniki davamlılığı dəyişilir, ion kanallarının əmələ gəlməsi səbəbindən eritrosit membranlarının zülal-lipid səthinin dəyişilməsi güman edilir. Demək olar ki, bu metodun köməyi ilə yeni bioloji effektiv dərman preparatlarının aşkar oluna bilər. Bu da öz növbəsində tibbdə və xalq təsərrüfatında yeni modifikasiya olunmuş preparatların yaranmasına səbəb olur.